Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Mьəllif: admin1
Tarix: 13-02-2022, 10:29
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Hədislərə əsasən şeytan bütün peyğəmbərlərə danışıb və onlarla münazirə edib. Bu danışıqlar çərçivəsində şeytanın özü istifadə etdiyi bir sıra məkrlər və planları peyğəmbərlərə açıqlayır.

Hədislərdən belə məlum olur ki, şeytan daha çox Yəhya ibni Zəkəriyya ilə danışıb.

Bir dəfə Yəhya ona dedi: Ey Əba-Mərra (şeytanın ləqəblərindən biri) səndən bir şeyi soruşmaq istəyirəm. Şeytan soruş dedi.

Yəhya buyurdu: İstəyirəm ki insanları şikar etmək üçün istifadə etdiyin tələləri mənə göstərəsən. İblis Yəhya Peyğəmbərə sabah bunu deyəcəyini dedi.

Sabahı gün o meymun sifətində, donuz bədənində və uzun gözlərlə peyda oldu.

Yəhya ona dedi: Sənin gözünün nuru nədir? Cavab verdi: (napak) qadın, onlar mənim tələlərimdir. Saleh insanların lənət və nifrini mənə ağırlıq edəndə onların yanına gedirəm.

Yəhya ondan soruşdu: Heç mənə qalib gəlmisənmi? Şeytan dedi: Yox, amma səndə bir xislət var ki mən onu xoşlayıram.

Yəhya dedi: O nədir?

Cavab verdi: Sən biraz çox yeyirsən. İftar edəndə yeyib, doyursan və gecə namazlarından qalırsan.

Yəhya buyurdu: Allahla əhd bağlayıram ki, bundan sonra qarnı dolu onunla mülaqat etməyəcəyəm (qarnımi tam doldurmayacağam və bu halda ona ibadət etməyəcəyəm).

(əl-Əmali Şeyx Tusi, səh-339)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031