İmam Əlinin (ə) ləqəblərindən biri-Yəsubəddin
Mьəllif: admin1
Tarix: 4-04-2017, 11:32
İmam Əlinin (ə) ləqəblərindən biri-Yəsubəddin
Yəsubəddin, imam Əlinin (ə) ləqəblərindən biridir. Burada üç sualla qarşılaşırıq:
1. Bu ləqəbin mənası nədir?
2. Bu ləqəb həzrətə kim tərəfindən verilmişdir?
3. İmam Əliyə (ə) bu ləqəbin verilməsinin səbəbi nədir?

Yəsubəddin ləqəbinin mənası
Yəsubəddin, lüğətdə bal arısının əmiri və mələkəsi mənasınadır. Həmçinin bir qövmün sərvəri və rəhbəri mənasına gəlmişdir.

Ləqəbin kim tərəfindən verilməsi
Yəsubəddin ləqəbini həzrət Əliyə (ə) Peyğəmbər (s) vermişdir. Bu barədə bir sıra mötəbər hədislər mövcuddur. Peyğəmbər (s) buyurur: “Məndən sonra fitnələr qalxacaq. O zaman Əli ibn Əbu Talib ilə birgə olun. O, mənə iman gətirən ilk şəxs olmuşdur və Qiyamət günü mənimlə ilk görüşən şəxs olacaqdır. O, doğruçuların ən üstünü, ümmət arasında haqq və batili ayırandır. O, yəsubul-möminindir (möminlərin rəhbəridir)”. (“Fəzailul-xəmsə”, c. 1, səh. 189)
Peyğəmbər (s) başqa bir hədisdə buyurur: “Əli yəsubuddindir (dinin rəhbəridir)...”. (“İqbalul-əmal”, c. 3, səh. 133. “Əl-ğədir”, c. 2, səh. 313)
Yenə buyurur: “Əli yəsubul-möminindir...”. (“Mənaqib”, c. 2, səh. 147. “Əl-səvaiqul-möhriqə”, səh. 125)
Əmir əl-mömin Əli (ə) da Peyğəmbərin (s) hədisi əsasında özünü Yəsubəddin adlandırmışdır: “Mən yəsubud-dinəm”. (“Nəhcül-bəlağə”, xütbə 316, səh. 704)
Böyük əhli-sünnə alimi İbn Əbil-Hədid, Peyğəmbərin (s) həzrət Əliyə (ə) xitab edərək buyurduğu: “Ya Əli! Sən yəsubud-din və yəsubul-mömininsən”- hədisinin izahında buyurur: “Peyğəmbər (s) Əlini (ə) möminlərin rəhbəri və iman əhlinin sərvəri qərar vermişdir”. (“Şərh Nəhcül-bəlağə”, c. 19, səh. 224)

İmam Əliyə (ə) bu ləqəbin verilməsinin səbəbi
Yuxarıda da qeyd etdiyimiz kimi ərəblər bal arısının başçısına yəsub deyirlər. İşçi arılar pətəydən çıxıb bal düzəltmək üçün çiçəklərin şirəsini sorurlar. Onlar yenidən pətəyə qayıdanda əvvəl yoxlanışdan keçməlidirlər. Arıların başçısı (yəsub) pətəyin qarşısında dayanır və arıları iyləyir, xoş ətirli çiçəklərə qonmuş arıları içəri buraxır, pis iyli çiçəklər üzərinə qonmuş arıların pətəyə daxil olmasına icazə vermir. Hətta, onlar gözətçi arıların hücumuna məruz qalır. Gözətçilərin əlindən qaçıb canını qurtara bilməyənlərin isə ölüsü digər arılar üçün ibrət dərsinə çevrilir.
İslamın böyük alimi Fəxrəddin Tərihi yazır: “Həzrət Əli (ə) ona görə yəsubəddin adlanmışdır ki, bal arısının mələkəsi arıların rəhbəri və əmiri olduğu kimi Əmir əl-möminin (ə) möminlərin və dinin rəhbəri və başçısıdır”. (“Məcməul-bəhreyn”, c. 2, səh. 121)
İbn Əbil-Hədid yazır: “Peyğəmbər (s) Əlini (ə) yəsubəddin və yəsubəl-möminin adlandırmaqla onu möminlərin rəhbəri və iman əhlinin sərvəri qərar vermişdir”. (“Şərh Nəhcül-bəlağə”, c. 19, səh. 224)
Bəli, həzrət Əmir əl-möminin Əli (ə) Qiyamət günü cənnətin qapısında dayanacaq, hər kəsdən Əlinin (ə) vilayətinin ətri gələrsə ona cənnətə daxil olmağa icazə verəcək. Ancaq hər kəsdən vilayət ətri gəlməsə o kəs cənnətə daxil olmaqdan məhrum olacaq.

Hazırladı: Seyid Zahir


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031