İmam Əliyə (ə) verilən “Əbu-Turab” ləqəbinin mənası
Mьəllif: admin1
Tarix: 30-03-2024, 15:29
İmam Əliyə (ə) verilən “Əbu-Turab” ləqəbinin mənası
Bir çoxları İmam Əliyə (ə) verilən Əbu-Turab (Torpağın atası)ləqəbinə görə təəccüblənərək, belə bir künyə və ləqəbin o həzrətə verilməsinin səbəbini araşdırırlar

İlk növbədə bunu demək lazımdir ki bu ləqəb və künyəni İmam Əliyə peyğəmbər (s) veribdir. İmam Əlidən öncə və sonra kimsə bu künyə ilə ləqəb almayıb. (Qeyd edək ki, ləqəb insanın xüsusiyyətlərinə görə el arasında ona verilən ad, künyə isə insanın öz oğlunun adı ilə adlanmasıdır)

Rəvayətlərə görə ləqəb sadə olsa da həzrət Əlinin ondan çox xoşu gələrdi.

Əllamə Əmini əl-Qədir əsərində (cild-6 səh-334) Torpaq atası ləqəbinin həzrət Əliyə verilməsini İbni Abbasdan və digər səhabələrdən nəql edilən hədislə bəyan edibdir.

Hədislərə görə, bir gün (Təaxi günü yəni Mədinədə qardaşlıq siğəsinin oxunma zamanı, bəzi hədislərə görə, əl-Əşirə döyüşü ərəfəsində) Allahın peyğəmbəri həzrəti Əlini görmək istəyir, amma onu tapa bilmir. Biraz axtardıqdan sonra İmam Əlinin yorularaq bir ağac altında yatdığını və paltarının toz- torpağa bulaşdığını görür.

Həzrət Əlinin başının üstündə durub, biraz ona tamaşa edən peyğəmbər daha sonra "Qalx ey Torpağın atası” deyərək canişinini yuxudan oyadır.

"Torpağın atası” ləqəbi insana təvazökar olmaq anlamında yaxud da (bəzi alimlərin nəzərinə görə) Əli ibni Əbu-Talibin yer üzündə höccət ölması üçün yer kürəsinin onun vücudu əsasında ayaq üstə qalması anlamındadır.

Bu hədis şiə mənbələri ilə yanaşı sünni mənbələrində də yer alıbdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930