Şeytanın cəmiyyətimizdəki qohum-əqrəbaları
Mьəllif: admin1
Tarix: 10-03-2017, 18:00
Şeytanın cəmiyyətimizdəki qohum-əqrəbaları
Yaradılışda Pərvərdigar bütün məxluqatı və mələkləri yeni yaratdığı Adəm vasitəsilə imtahana çəkdi. Mələklər və cinlər də daxil olmaqla bütün məxluqatın Əbul-Bəşər Adəmə səcdə etməsini istəyəndə cinlərdən olan İblis təkəbbür üzündən itaətsizlik etdi. Buna görə o qovuldu.

Lakin o Allaha “sənin öyündüyün bu bəndələri azdıra bilərəm” deyərək, kainatın xaliqindən möhlət istədi. O and içdi ki ələ düşən bütün fürsətlərdə insanları azdıraraq əslində onların səcdəyə və tərifə layiq olmadığını göstərəcək.

Lənətlənmiş və qovulmuş şeytan hər fürsətdən istifadə edərək, insanları vəsvəsə etməyə başladı. Rəvayətlərə görə şeytanın da məmurları var. Onun məmurları müxtəlif aludə olan məkanlarda durar insanların özünə çəkərlər.

Hədislərə görə onların insanlar arasında qohum əqrabaları da vardır. Hədislərə əsasən şeytanın qohum-əqrəbasını bu şəkildə tərtib etmək olar:

Şeytanın atası: Namaz qılmayan müsəlman

Şeytanın qardaşı: İsraf edən müsəlman

Şeytanın oğlu: Camaat namazı tez qurtarsın deyə tələsib öncə rükuya gedən

Şeytanın anası: Qonaq gələndə qəzəblənən və üz-gözünü turşudan qadın

Şeytanın xanımı: Bədənini örtməyən və onu nümayan edən qadın

Şeytanın övladı: İşlərini Bismillah-sız başlayan müsəlman

Şeytanın dostu: Ətrafdakı pis işlərə reaksiya verməyən laqeyd müsəlman

Təbii ki bu siyahıya cəmiyyətdə müxtəlif yollarla firnə-fəsad yaradanları, ribaçıları, rüşfətxorları, tərbiyəsizliyi tərvic edənləri və sairlərini də əlavə etmək olar.
(İslaminSesi.info)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031