Duamızın qəbul olması üçün...
Mьəllif: admin1
Tarix: 30-12-2016, 15:58
Duamızın qəbul olması üçün...
"Duamızın qəbul olması üçün bir neçə məsələyə diqqət etməliyik:

1.İstəyimizi təkrar etmək;

Rəvayətdə deyilir ki, bəndə istəyini ən azı 3 dəfə təkrarlasın. Bundan əlavə rahat qəlblə dua edilsin. Həyatda probemlərlə üzləşdiyiniz zaman Xanım Zəhranın (s) zikrindən istifadə edin. Qəlbinizin aramlığı üçün bu təsirli əməldir.

2.Duaya israr etmək;

Çox dua edin və çox istəyin. “Duam qəbul olmadı” deməyin. Dua edə bilirsinizsə deməli Allahın nəzərə hələ də sizdədir. Peyğəmbər buyurur ki, Allahdan nəsə istədiyiniz zaman çox israr edin. Övladlarinizi nifrin etməyin, dua edin.

3.Ümumi dua edin;

Dua etdiyiniz zaman hamı üçün dua edin. Peyğəmbər (s) bu barədə buyurur: “Dualarınızı ümumi şəkildə edin ki, bu dualar qəbul olmağa çox yaxındır”. Digər bir rəvayətdə buyurur ki: “Allahın bəndəsinin bu duasından daha çox sevdiyi bir şey yoxdur “Allah Muhəmmədin (s) ümmətinə rəhm et!”. İmam Rza (ə) da bu barədə buyurur: “Bir-biriniz üçün dua edin ki, mələklər də sizi dua etsin. Sizin duanızın qəbul olmamağı mümkündür, lakin mələklərin duası qəbul olur”.

Höccətül-islam Seyid Hüseyn Mömini
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031