İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə...
Mьəllif: admin1
Tarix: 10-12-2016, 19:17
İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə...

Gündəlik həyatımızdakı bədbəxtliklərdən biri də “çox” və “mənasız” danışmaqdır.
İmam Əli (ə) buyurub:

“İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə, az danışar”.
“Qürər əl-hikəm” c. 5, səh. 232.

Danışmaq da əməl hesab olunurmu? Ona görə insan cəzalanacaq, yaxud mükafatlandırılacaqmı? Cavab müsbətdir.
Gündəlik həyatımızdakı bədbəxtliklərdən biri də “çox” və “mənasız” danışmaqdır.
Əgər faydasız, boş sözləri kənara qoysaq, qeybət, möminə hörmətsizlik, ittiham, yalan və rişxəndin nəticəsindən qorxsaq, sözümüz çox az və qısa olar. Məgər nə qədər düşünülmüş sözümüz var?
Önəmlisi budur ki, sözü də “əməl” hesab edək və bir gün Tanrı məhkəməsində danışdıqlarımız üçün qaneedici cavabmız olsun. Eşitdiyimiz hər sözü danışmağa icazə verilirmi?
Haqdan qeyrisini danışmamaq, danışdığımız hər kəlməni əsaslı və məhkəməyə çıxarıla biləcək şəkildə söyləmək nə gözəldir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031