İmam Hüseyn (ə) zəvvarlarının yüzillər öncə qeyri-müsəlman alimləri tərəfindən təsviri
Mьəllif: admin1
Tarix: 14-10-2016, 12:45
İmam Hüseyn (ə) zəvvarlarının yüzillər öncə qeyri-müsəlman alimləri tərəfindən təsviri
Tarixə əlaqə göstərən hər bir insan üçün İmam Hüseyn (ə) və Aşura hadisəsi diqqəti cəlb edən mövzulardandır.
1765-ci miladi ilində alman səyyahı Karstin Niebur Fars boğazından Bəsrəyə daxil olur. Öz gəmisi isə Fərat çayında hərəkət edib, Nəcəfi-Əşrəfə gəlir. Sonra isə Kərbəlaya yollanır.
O, Kərbəlanı belə təsvir edir: “Bu şəhərin beş qapısı vardır və hər tərəf aydınlıq idi. Bu aydınlıq yerin hər tərəfində alimlərin və seyyidlərin evləri var idi. Əsil giriş qapısında böyük bir şamdan var idi ki, orada çox sayda şam yanırdı”.
O, hərəmdə olan göyərçinlərdən və insanların ehtiramlı baxışlarından söz açmış, təsbihdən, türbətdən, Zülfüqar qılıncından danışmışdır.
Səyyah deyir: “Hüseynin (ə) hərəmi bir meydanda, geniş bir yerdə qərar tutur. Ətrafında isə seyyidlərin və alimlərin evləri vardır. Giriş qapısında olan o böyük şamdan İmam Əli (ə) hərəmində də var idi. Şəhərin xaricində məzar gözə dəyir. Deyirlər ki, o həmin yerdir ki, Hüseyn (ə) atdan yıxılmışdır”.
Səyyah Həzrət Abbas (ə) haqqında da danışmış və demişdir: “Bu yerdə böyük bir bağ var idi ki, orada su hovuzu mövcuddur. Deyirlər ki, bu, həmin yerdir ki, Abbas ibni Əli (ə) quyu qazmışdır və su gəlməmişdir. Kərbəlada quldurlar vardır ki, onların əksər hissəsini sürgün olunmuşlar təşkil edir. Onlar zəvvarlara etiraz edir və onları incidirlər. Dövlət məmurları arasında da quldurlar az deyildir və onlar da insanları incidirlər. Qaldığım müddətdə gördüm ki, bir dəstə zəvvar şəhərə daxil oldu, o halda ki, dövlət məmurları onlara qarşı soyğunçuluq etmişdilər”.
İngiltərənin coğrafiya heyətinin üzvü olan Con Aşir 1864-cü miladi ilində İraqa gəlir. O, Kərbəla şəhərini belə təsvir edir: “Həyəcanlı və ticarət edən bir şəhər idi ki, heç tətil etmirdi. Hər bir vaxtda bazarlarda zəvvarlar olardı. Şəhərdə bir vəcəb torpaq belə boş deyildi. Ya ev var idi, ya da ev tikirdilər. Şəhər sakinlərinin çox hissəsi hind, iranlı və ərəb müsəlmanları idi. Qeyri-müsəlmanların bu şəhərdə sakin olması qadağan idi. Uzaq şəhərlərdəki cənazələri bura gətirirdilər. Əvvəl onları Hüseyn (ə) hərəmində dövr etdirir, sonra torpağa dəfn edirdilər. Bəzən cənazə seli şəhərə axın edirdi. Darvazada dayanan məsulllar bundan narahat olurdular. Çünki şəhərin yol sistemi pozulurdu. Dövləti hər şeydən çox xəstəliklərin yayılması narahat edirdi. Bəzən İrandan eyni vaxtda min cənazə gəlirdi. Bu cənazənin yanında ən azı bir neçə nəfər yaxınları olurdu”. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930