İslama görə əsil dəli kimdir?
Mьəllif: admin1
Tarix: 19-12-2022, 13:36
İslama görə əsil dəli kimdir?
Dəlinin ağlı və düzgün düşüncə tərzi yoxdur. Ona görə özünü tez-tez təhlükə qarşısında qoyar. Buna görə ona bir baxıcı lazım olar. Baxıcı lazım olar ki özünə və digərlərinə təhlükə yaratmasın.

Həzrət Peyğəmbər dünya malını sevən kişilər haqda buyurub:

“Ümmətimin qadınlarını iki şey həlak edər: 1. qızıl; 2. nazik paltarlar geyinib bədənini özgələrə göstərmək;

Həmçinin iki şey ümmətimin kişilərinin fəlakətə sürükləyər; 1. savadsızlıq; 2. mal toplamaq və dünya hərisliyi”

Dünya malı insanı tədricən və özü hiss etmədən təhlükəyə atar. Suzuz kimi dünya malından içərək özünü sirab etdiyini düşünər. lakin bu zərərverici maddə onun orqanizmasını korlayar və ölümə sürükləyər.

Hədisdə buyurulur ki “Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər”

Dəli insan öz xeyrini və şərrini bilən deyil. Ağıllı insan qalıcı mükafata əhəmiyyət verəndə, dəli insan nağd və fani olana qaçar və beləliklə ağlı olmadığını nümayiş etdirər.

Günlərin bir günü Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur: "Ona nə olub?" Dedilər ki, divanədir.

Peyğəmbər (s) buyurdu: "Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır".

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031