Necə edək ki, daha çox tövfiqə malik olaq?
Mьəllif: admin1
Tarix: 21-05-2021, 10:47
Necə edək ki, daha çox tövfiqə malik olaq?
Bütün yaxşı tövfiqlər Sübhan Allah tərəfindəndir. Namaz da, oruc da, ibadət-itaət də, intizar da, əzadarlıq tövfiqi də Allah tərəfindəndir. İmam Zaman ağanın (ə.f) duasında oxuyuruq: “Allahım! İtaət, günahdan uzaqlaşmaq, niyyətin düzlüyü və günahı tanımaq tövfiqini bizim ruzimiz qərar ver”.

Bəs bu tövfiqləri necə əldə edək?

1. İnfaq etmək və malından bağışlamaq.

2. İlahi təqvanı əldə etmək.

3. Allahın vədələrini təsdiq etmək.

“Amma kim (öz malından və var-dövlətindən Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7).

4. Nəsihət qəbul etməyi bacarmaq. İmam Əli (ə) buyurur: “İnsan üçün ən böyük tövfiq – nəsihət qəbul etməkdir”. Nəsihəti eşitmək və gördüyün işlərdə məsləhətləşmək o tövfiqlərdəndir ki, insanı müvəffəq edər.

5. Allahla rabitə qurmaq. İmam Əli (ə) buyurur: “Sənin ixtiyarındadır ki, Allahdan yardım alasan və Ondan tövfiq istəyəsən”.

Bəs nə səbəb olur ki, tövfiq bizdən üz döndərir?

1. İnfaq etməmək.

2. Simiclik etmək.

3. Özünü Allahdan ehtiyacsız bilmək.

4. İlahi vədəyə inanmamaq. “Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa. Və İlahi vədləri təkzib etsə. Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar)”. (“Ləyl” 8-10).

5. Həyatda proqrama malik olmamaq. İmam Rza (ə) buyurur: “Hər kim Allahdan tövfiq istəyər o halda ki, çalışqan deyildir – özünü məsxərə etmiş olar”.

6. Haqqun-nasa və haram mal qazanmağa diqqət etməmək. İmam Sadiq (ə) buyurur: “Allah, mədəsində haram tikə olanın və ya boynunda haqqun-nas olanın duasını yuxarı qaldırmaz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031