Dualarımız niyə yerinə yetmir? Vəziyyəti düzəltmək üçün nə etməli?
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:36
Dualarımız niyə yerinə yetmir? Vəziyyəti düzəltmək üçün nə etməli?
Dua – ibadətin bir növü olub, xüsusi ədəb və şərtlərə malikdir. Duanın yerinə yetməməsinin bir çox amilləri vardır ki, onları tanımağa çalışaq:

1. Günah. Duanın yerinə yetməməsinin ən mühüm amillərindən biri – günah etmək və ata və ananın sözünə qulaq asmamaqdır. Onların qəlbi incidilərsə, rəhmət qapılarını bağlayar.

Həzrət Peyğəmbər (s) buyurur: “Dua qarşısında olan pərdə - ata və anaya itaətsizlikdir”.

İnsan günah edən zaman ismət pərdəsi cırılar və günah sayəsində bəndəyə bəlalar nazil olar. Duası yerinə yetməz, ruzisi azalar, bərəkətini əldən verər.

2. Haram maldan istifadə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyərsə, 40 gecə namazı qəbul olmaz. 40 səhər duası yerinə yetməz”.

3. Qohumlarla əlaqəni kəsmək. Duanın qarşısını alan amillərdən biri də qohumlarla əlaqəni kəsməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Qohumluq əlaqəsini kəsmək duanın yerinə yetməsinə mane olar”.

4. Namazı yüngül hesab etmək. Peyğəmbər (s) namazı yüngül hesab edənlərin 6 dünya əzabını bəyan edən zaman buyurmuşdur ki, onlardan biri də duanın səmaya qalxmamasıdır.

Həzrət Peyğəmbərdən (s) gələn nurani bir hədisdə oxuyuruq: “Ümmətimin bir neçəsinin duası yerinə yetməz:

1. O insan ki, ata və anasının pisliyini istəyər.

2. O kəs ki, borc götürdüyü insan haqqında pis dua edər.

3. O kişi ki, həyat yoldaşının ziyanına dua edər.

4. O kişi ki, evində əyləşər və deyər: “Allahım! Mənə ruzi ver!”, özü bayıra çıxmaz və ruzi axtarmaz.

5. O kəs ki, Allah ona çoxlu mal verər və o, hamısını infaq edər. Sonra dua edib deyər: “Allahım, mənə ruzi ver!”. (Çünki israf etmişdir).

6. O kəs ki, qohumluq əlaqəsini kəsmək üçün dua edər”.

Dua – möminin silahıdır. Əgər şərt və ədəbi ilə yerinə yetərsə və qarşısında maneələr olmazsa, tez bir zamanda yerinə yetər.

Ona görə də əgər dualamız yerinə yetmirsə, deməli maneələri qaldıra bilməmişik.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031