MƏLƏKUT ALƏMİNƏ PƏRVAZ VASİTƏSİ
Mьəllif: admin1
Tarix: 29-05-2016, 09:06
MƏLƏKUT ALƏMİNƏ PƏRVAZ VASİTƏSİ
Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır
GÜNAH GÜNAHDIR

Günahı kim edir etsin günahdır. Demək olmaz ki, bu şəxs həmin işi görür deyə eybi yoxdur. Yaxud yəqin eybi yoxdur. Xeyir! Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır. Kim günah iş gördüsə günahkardır. Filan şəxs bu işi görürsə, demək eybi yoxdur ki, görür, eybi olsaydı görməzdi təsəvvürü yanlış təsəvvürdür. Əlbəttə, doğruya yozmağın eybi yoxdur. Əksinə, bu çox yaxşıdır. Bütün möminlərin işlərini insan yaxşıya yozmalıdır. Nə qədər ki, mümkündür fəsada, günaha yozmaq olmaz. Amma kimsə bir aydın, aşkar günah iş görürsə onun kim olmasının fərqi yoxdur. Əksinə, fərqli insanlar günah edirlərsə, günahlarının cəzası, pisliyi daha da çox olacaqdır.

MƏLƏKUT ALƏMİNƏ PƏRVAZ VASİTƏSİ

Buna görə də əsas məsələ günahdan çəkinməkdir. Çalışaq bu ramazan ayında inşaallah nəfsimizi öyrəşdirməklə özümüzü günahdan uzaq tutaq. O zaman mələkut aləminə yüksəliş müyəssər olacaq və insan üçün müəyyən olunmuş mənəvi seyrə çıxa biləcək. Amma günah yükünün ağırlığı ilə belə bir şey mümkün deyil. Bu ramazan ayı günahdan uzaq olmaq üçün çox yaxşı fürsətdir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031