İmam cümə, Hacı Rasimin cümə xütbəsinin mətni
Mьəllif: admin1
Tarix: 27-01-2016, 17:00
İmam cümə, Hacı Rasimin cümə xütbəsinin mətni

Bismilləhir-Rahmənir-Rahim

Həqq və batil tərəfdarları

وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقً


Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).» ”İsra”, 81

Özümü və sizi təqvalı olmağa çağırıram. Təqvalı olmağın çox geniş mənası var, biri də Allahın insana vacib etdiyi əməlləri yerinə yetirib, haram buyurduqlarından çəkinməkdir. Yalnız bu yolla insan bütün maddi və mənəvi nemətləri özünə cəlb edə bilər, bu yolla insanın həyatı, ruzisi və ixtiyarında olan nemətlər bərəkət tapıb, uzun müddət onun ixtiyarında qala bilər.

Allah taala insanları Qurani Kərimdə müxtəlif bölgü və dəstələrə ayırıb. Bəzən insanları:
1. Mömin və - kafir.
2. Muslih və - mufsid.
3. Hizbullah və - hizbuş-şeytan.
4. Sadiq və - kazib.
5. Ətqiya və - əşqiya.
6. Xeyrul bəriyyə və - şərrul-bəriyyə.
7. Əshabul yəmin və - əshabuş-şimal.


Bu ləqəb və adları Allah insanlara müxtəlif səbəblərə görə - bəzən əqidəsinə, bəzən isə əxlaq və davranışlarına görə verib, onları ayrı-ayrı dəstələrə bölür. Amma mahiyyət etibarı ilə insanlar yalnız iki dəstəyə bölünür: a) Həqq dəstəsi. b)Batil dəstəsi.

“Haqq” ilə “batil”dir ki, müxtəlif zamanlarda, müxtəlif məkanlarda, müxtəlif meydanlarda özünü göstərir. Bu özünü göstərmələr bəzən haqqın önə çıxmasıyla zahir olur, bəzən də batilin qarşıya çıxmasıyla. Əgər bir gün görsək batil gəlib hakim olub, önə çıxıb, mənası budur ki, bu hadisə müvəqqəti olaraq baş verib. Çünki “batil” heç vaxt davamlı ola bilməz.

Buna görə deyiblər: “lil batili cövlan-və lil həqqi dovlə”.
“Batilin bir cövlan və tufan meydanı olub keçər, lakin həqqin həqiqətin sabit bir dövləti olar”.


Bəzən elə mühitlər olur ki, orada həqiqətləri, həqq olduğu halda üzə çıxarmaq mümkün olmur. Orada həqiqət batillər qınağında çox çətinliklərə məruz qalır, həqq ola-ola batillər içində haqqlı olduğu halda qınanıb əzilir, həyat ona acı olur.
Qurani Kərim, bir nəfərin həqq ola-ola özünə Allahdan ölüm arzuladığını danışır.
Kimdir bu şəxs?
Bu Məryəme-mütəhhərədir.
“Məryəm” surəsinin 23-cü ayəsində belə buyurulur:قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّ

O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.”

Həzrəti Məryəm pak halda İlahi möcüzə ilə Allahın Peyğəmbərini dünyaya gətirib.
Amma O pakizə qadın, pak uşağı napak bir mühitdə dünyaya gətirib. O napak mühit Həzrəti Məryəm günahsız olduğu halda, töhmət və tənə ilə hücum edəcəklər.

Həzrəti Məryəm (ə) dünyaya gətirdiyi o pak uşağa baxdı, birdə baxdı batilin cövlan etdiyi mühitə,
Dedi: “Görəsən bu nankorlar mənə hansı ləkəni nisbət verəcəklər?” Dedi: “Ey kaş bu uşaq dünyaya gəlməmiş ölüb, unudulub gedəydim”

Məryəm düz düşünürdü (mühiti nəzərə alsaq) elə də oldu.
Qurani Kərim buyurur: “Onlar Məryəmi qucağında uşağı müşahidə edəndə deyillər:
Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən. Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
” “Məryəm” surəsi 27-28.

Bir xanım ki, Allah onu tanıyar və paklığı haqqında neçə-neçə ayələrdə danışır, amma mühit onu qınayır, O həqq olduğu halda sıxıntılara məruz qalır.
Amma O səbr etdi, Allah Taala öz lütfü və mərhəməti ilə meydanda olan gərgin abu-havanı dəyişdirdi.
Orada olanlar zahirən belə güman edirdilər ki, daha Məryəmi (ə) müdafiə edəcək heç bir dəlil sübut qalmadı.

Ancaq Allah Taala neynədi?

Öz sonsuz qüdrəti ilə o körpəni dilləndirdi.
“Məryəm” surəsi 30-33: قالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّ

Uşağın danışması ilə Allah o batil mühitin indiyə qədər danışdıqlarının və uydurduqları fitnələrin hamısını puça çıxardı.
Bəzən bəzi insanlar elə güman edir ki, hay-küynən, zornan, qələmlə və sifarişli “fəaliyyətlərlə” hansısa həqiqəti zəiflədib aradan apara bilər. Anlamırlar ki, düşündükləri xəyaldan başqa bir şey deyil...

Çünki, Allah həqqin nurunu tamamlamaq vədəsini verib. Allahdan başqa heç bir dayağı və hamisi olmayan Məryəmi o nalayiq ittihamlardan qoruyub, adını tarixin ən pak və namuslu insanlarının adı içərisində yaşatdığı kimi!

Amma təəssüflə demək lazımdır ki, tarixdə elələri də olub ki, heç kəsi, heç nəyi olmadığı halda Allah lütfü ilə onu öz himayəsinə alıb, böyüdüb, hər neməti ona əta edib, lakin o şəxs böyüdükdən sonra, əlində olan nemətləri özününkü sayıb, qəflətə düşərək, hətta öz Rəbbinə qarşı çıxıb.

Şəddad ibni Ad kimi o, Həzrəti Hud Peyğəmbərin (ə) ümmətindən olub. Bu hadisənin necəliyi haqqında belə bir rəvayət var:
Bir gün İslam Peyğəmbəri (s) Əzrail (ə)-la əyləşmişdi. O Həzrət (s) Əzraildən (ə) soruşdu:
“Heç olub ki, can aldığın halda həmin şəxsin halına acıyasan?
Əzrail (ə) dedi: Ya Rəsuləllah, mən əmr quluyam. Yalnız həmin işin icrasının məmuruyam. Lakin iki dəfə can aldığım zaman həmin şəxsin halına çox acımışam.
1. Bir dəfə dənizdə bir dəstə camaat gəmidə getdiyi halda tufan oldu və musafirlərin hamısı dəryada qərq oldular. Yalnız bir hamilə qadından başqa. Həmin qadın bir taxta parçasının üzərində sahilə və bir adaya çıxa bildi. Adada uşağı dünyaya gətirdi. Uşaq dünyaya gəldikdən sonra, mənə ananın canını almaq üçün əmr olundu. Çox narahat olduğum halın biri buraydı.
2. Həzrəti Hud (ə) Şəddad ibni Ada haqqa gəlməyi üçün çox təbliğ etmişdi. Şəddad isə o Həzrətin cavabında: Sən deyirsən insanlar öz Allahlarına ibadət, itaət və bəndəlik etməlidirlər. Və bunun qarşılığında da Allah onlara sonsuz nemətləri olan Cənnəti əta edəcək. Mən o Allahı qəbul etmirəm, lakin dediyin o Cənnəti özüm üçün bu dünyada düzəltdirəcəm.
Şəddad əmr etdi min nəfər mühəndis toplayıb “Cənnətin” tikintisinə başlasınlar. Uzun illərdən sonra “Cənnəti” tikib başa gətirdilər. Şəddad ibni Ad “Cənnətin” açılışına gəldi, yenicə bir ayağını üzəngidən götürüb, atdan enib “Cənnətə” daxil olmaq istəyəndə mənə əmr gəldi - onun canını al. Ya Rəsuləllah! İkinci dəfə də bunun bədbəxtçiliyinə çox acıdım.


Bu zaman Həzrəti Cəbrail (ə) nazil oldu, Peyğəmbərə (s) salam verdi və ərz etdi: “Ya Rəsuləllah! Şəddadın kim olduğunu bilmək istərsənmi? Peyğəmbər (s) salamın cavabını verdi və dedi: Bəli bilmək istərdim.
Cəbrail (ə) dedi: Şəddad o adada doğulan kimsəsiz uşaq idi. Allah öz lütf və mərhəməti ilə onu qoruyub, böyüdüb, geniş maddi imkan verdi. Şəddad isə qəflət, təkəbbür nəticəsində bu nemətləri Rəbbinə qarşı olan üsyanında sərf etdi.

Həzrət Əli (ə) buyurub: “Nə çoxdur ibrət almalı hadisələr, necə də azdır bu hadisələrdən ibrət alanlar.”
Allah bizləri bu cür hadisələrdən ibrət alanlardan qərar versin!

Mövzumuz həqq və batil tərəfdarları idi, əsil mövzumuza qaydaq

Allahın varlıq aləminə qoyduqu qanunlar var. Bu qanunlar sabit və dəyişməzdir. Həmin dəyişməyən qanunların biridə budur ki, “həqiqət məğlub ola bilməz.” Bir gün, iki gün hava buludlu olar günəş hər vaxt daim bulud arxasinda qalmaz.

Yer üzündə Allah qərarlarıyla üzgün olan şeylərə biz həqiqət deyirik.
Əgər biz də qalib olmaq istəsək gərək həqin yanında olaq.
Əgər batilin yanında olsaq, o batanda bizdə batacayıq.

Çünki batilin qoşunu sınıq gəminin sərnişinlərinə bənzəyir və hər an batmaqa məhkumdur. Mutəal Allah Davud (ə) buyurdu: Davud Məndə istəyirəm səndə nəylərisə istəyirsən. Əgər istəsən ki, sən istədiklərində olsun. Onda mən istədiklərimi istə, çünki mənim istədiklərim olacaq.

Allahı öz böyüklüyünə and veririk bizi həqqin yanında və həqiqətin tərəftarı qərar versin!

Allahı bu günün və bu müqqədəs məkanın ehtiramına and veririk həqq və həqiqətin qələbə gününü bizim də qələbə günü qərar versin! Amin


Hacı Rasim Məmmədov




Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031