Rusiya sərkərdəsinin şlemində Quran ayəsi
Mьəllif: admin1
Tarix: 16-04-2014, 18:02
Bцlmə: Bilirsinizmi?
Rusiya sərkərdəsinin şlemində Quran ayəsi


Uzun illər əvvəl yaşamış Rusiyanın məşhur sərkərdəsi Aleksandr Nevskiyə məxsus olan bu şlem Kremldə, Silah Palatasında saxlanılır. Ancaq şlemin üzərində Quran ayəsinin yazılması hamıda təəccüb doğurur.

Orada Səff surəsinin 13-cü ayəsi yazılıb: «Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ».

Silah Palatasında şlemdə yazılan cümlə tərcümə edilərkən «Allah» sözü «Tanrı» («Boq») sözü ilə əvəzlənib. Bu dəyişikliyin nə üçün edildiyi isə müəmma olaraq qalır.

Qeyd edək ki, Aleksandr Yaroslavoviç Nevskiy (1221-1263) – 1236-51-ci illərdə Novqorod knyazı, 1252-ci ildən isə Vladimirskinin böyük knyazı olub.

Faktxeber
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031