Ümmətin hidayəti üçün kifayət edən bircə ayə
Mьəllif: admin1
Tarix: 2-03-2024, 10:49
Ümmətin hidayəti üçün kifayət edən bircə ayə
“Kəhf” surəsi Allaha həmdlə başlayıb tövhid, iman və saleh əməllə sona çatır. Bu gözəl surə iman gətirənlərin çətin zamanlarından bəhs edir və azlıqda olan iman sahiblərinin çoxluqda olan zalımlara qarşı qiyamını bəyan edir. Yəni iman sahibləri fasiq olan çoxluqlara baş əyməmiş və öz hesablarını onlardan ayırmışdılar.

Qurani-Kərim buyurur ki, əgər gücün varsa, mübarizə apar, əgər yoxdursa, hicrət et. Bu surədə həmçinin iki nəfərin hekayəsindən bəhs olunur ki, biri zəngin, amma imansız və o birisi isə mömin, lakin yoxsuldur. Mömin insan heç bir zaman izzət və şərəfini imansız insanın qarşısında əldən verməzdi. Bacardığı qədər ona nəsihət verərdi.

Bu surənin başqa bir hissəsi isə Həzrət Musa (ə) ilə Həzrət Xızrın (ə) əhvalatından bəhs edir. Həzrət Musanın (ə) baş verən xoşagəlməz hadisələrə necə taqətsizlik və səbirsizlik göstərməsini bəyan etmişdir.

Lakin Həzrət Xızr (ə) olanları ona açıqlayan zaman, çox peşman olmuşdu. Bu da hamımız üçün bir dərsdir. Yəni insan hadisələrin zahiri ilə kifayətlənməməlidir. Bilməlidir ki, hər bir zahiri işin altında batini məqsədi vardır.

Bu surədə həmçinin Zulqərneyndən bəhs olunur. Onun necə şərq və qərbə səyahətindən danışır və çox sayda millətlər və adətlərlə rastlaşmasından bəhs edir. Sonra da Yəcuc və Məcucun fitnəsi ilə mübarizə aparmağa başlayır.

Bu surədə bəhs olunan üç əhvalatın üçündə də müsəlmanların tağutla mübarizəsinin şahidi oluruq. Baxmayaraq ki, bu qiyam onların canına təhlükə yaradırdı, lakin Allah onları hifz edirdi.

Bu əhvalatlar diqqət edib onun haqqında düşünmək iman nurunu daha da şölələndirər və insanı günah qarşısında hifz edər. Bu surə başdan-ayağa tərbiyəvi mövzularla zəngindir.

Lakin bu surəni bir ayəsi vardır ki, insanları qəflət yuxusundan ayıltmağa qadirdir.

“De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın»”. (“Kəhf” 110).

Bu dəyərli ayədə həm tövhid var, həm məad var, həm İlahi rəhmətə ümid var, həm ona çatmaq üçün səy var və həm də əməldə ixlas vardır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər mənim ümmətimə yalnız “Kəhf” surəsinin axırıncı ayəsi nazil olsaydı onlar üçün kifayət edərdi”.

Başqa bir hədisdə oxuyuruq: “Hər kim yatan zaman bu ayəni oxuyarsa, hər nə qədər yatsa, yuxudan ayılar”.

İnsanları qəflətdən ayıldan bu ayədən çıxartdığımız nəticələr:

- Gərək özümüzü olandan böyük tanıtmayaq. Peyğəmbərlər (ə) özlərini bəşər adlandırırdı.

- Nübuvvətin şərti insan olmaqdır. Peyğəmbər (ə) gərək əməldə başqaları üçün nümunə olsun.

- İlahi rəhbərlər gərək mübaliğələrin qarşısını alsınlar.

- İlahi iş görmək üçün İlahi mükafata ümid bəsləmək kifayətdir.

- Ümid gərək daimi olsun, ani deyil.

- Əməlsiz ümid bəsləmək işə yaramaz.

- Ölüm hamı üçün qətidir. Lakin dəyərli olan budur ki, insan Allahla görüşməyi arzu etsin.

- Şirkin hər bir halı qadağandır.

- İşin dəyəri üç şeydədir: işin özü, onu yerinə yetirən, niyyəti və hədəfi. Bu ayədə hər üçü də gəlmişdir.

- Bu ayə tövhidi həm Uluhiyyətdə bəyan edir və həm də Rübubiyyətdə.

Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930