Главная > Xəbərlər > Gürcüstanın Ağ Təhlə kəndində Quran müsabiqəsi keçirilmişdir

Gürcüstanın Ağ Təhlə kəndində Quran müsabiqəsi keçirilmişdir


9-04-2014, 13:14. Разместил: admin1
Gürcüstanın Ağ Təhlə kəndində Quran müsabiqəsi keçirilmişdir


Gürcüstanın Ağ Təhlə kəndində İmam Hüseyn (ə) məscidində Kərbəlayi Fəyaz tərəfindən tələbələri arasında Quran müsabiqəsi keçirilmişdir.

Müsabiqədə ruhanilər və Beynəlxalq “Əl-Mustəfa” universitetinin Gürcüstandakı “Rəsuli-Əkrəm (s) “ filialının müdiri ağaye Qəşəmidə iştirak etmişdir.

Müsabiqə Kərbəlayi Rahidin quran oxuması ilə başladı. Həmiçinin Ağaye Qəşəmi Qurani-Kərimin dəyəri haqqında çıxış etdi.

Müsabiqədə 1-ci, 2-ci və 3-ü yer alan tələbələrə hədiyələr verildi. Həmçinin tələbələr arasında öz əxlaqı ilə seçilən iki tələbəyə də hədiyə verildi. Eyni zamanda gözəl xətt və səliqə ilə yazan tələbələrdə unudulmadı.

Müsabiqə 30-a yaxın tələbənin və onların valideynlərinin iştirakı ilə keçdi.
Вернуться назад