Əhli Beyt > Xəbərlər > Omanda dünyanın ilk eko-məscidi açılacaq

Omanda dünyanın ilk eko-məscidi açılacaq

Omanda dünyanın ilk eko-məscidi açılacaq
İslamazeri.az-ın “Times of Oman”-a istinadən verdiyi xəbərə əsasən, dünyada ilk tam şəkildə “yaşıl enerji” ilə işləyən məscid yaxın zamanlarda Omanda istifadəyə veriləcək.

“Biz layihənin yaradılma işlərinin 90 faizini tamamlamışıq. Hazırda məscidin damında günəş panellərinin quraşdırılması işləri aparılır.”, - deyə layihənin baş memarı Bədra əl-Hədabi bildirib.

O qeyd edib ki, məscidin tikilməsi üçün hökumətin icazəsini gözləyir. Məsciddə 50-yə qədər dindar ibadət edə biləcək. Hədabi məscidin balaca olmasını məkan daxilindəki havanın kondisiyalaşdırılması üçün həddən çox enerjinin lazım olması ilə izah edib.

Hədabi əlavə edib ki, ölkədə istifadə edilən enerjiin böyük hissəsi kondisionerlərə gedir. Mühəndis ümid edir ki, onun layihəsi Oman sultanlığındakı bütün tikinti sahəsi üçün model olacaq.





Вернуться назад