Əhli Beyt > Xəbərlər > Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)

Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)

Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)
Çindən gələn bir qrup turist Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət ediblər.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, çinli ziyarətçilər İmam Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra, hərəmin müzeyi və Fatimeyi-Zəhra (s.ә.) səhnində də olublar.

Çinli nümayəndə heyyətinin üzvlərindən De Rik İmam Əlinin (ə) hərəminin ictimaiyyətlə əlaqələr şöbəsinə ziyarətlə bağlı belə danışıb: "Bu böyük mənəvi məkanda olmaq bizim üçün böyük şərəfdir. Biz ilk dəfədir ki, İraqa və Nəcəf şəhərinə gəlmişik. Uzun illərdir ki, mən İraqa gəlmək və buradakı mənəvi, tarixi və qədim məkanları ziyarət etmək istəyirdim. Mən İmam Əli (ə) barədə çoxlu sayda kitablar oxumuşam və indi onun hüzuruna böyük izdihamın gəldiyinin şahidi oluram. İnsanlar bu mənəvi məkanda Allaha daha yaxın olurlar. İmam Əlinin (ə) ziyarətgahı möhtəşəmdir və mən burada gördüklərimi ölkəmə qayıdanda yaxınlarıma danışacam".
Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)
Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)
Çindən gələn bir qrup turist İmam Əlinin (ə) hərəmini ziyarət etdi (Foto)



Вернуться назад