Əhli Beyt > Xəbərlər > Əfqanıstanın paytaxtında silsilə parlayışlar: 70-ədək ölü və yaralı

Əfqanıstanın paytaxtında silsilə parlayışlar: 70-ədək ölü və yaralı

Əfqanıstanın paytaxtında silsilə parlayışlar: 70-ədək ölü və yaralı
İslamazeri.az-ın “AFP”-yə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabul şəhərindəki parlament kompleksinin yaxınlığında 2 partlayış baş verib. Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 45 nəfər isə yaralanıb. Bu haqda məlumatı güc strukturundakı mənbədən veriblər.

Ölən və yaralananların əksəriyyətinin dinc sakinlər, həmçinin də parlament əməkdaşları olduğu qeyd olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, Darulaman rayonundakı partlayışlardan birini terrorçu-kamikadze törədib. Digər partlayış isə parlament binasının qarşısında partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində baş verib. Yaralılar arasında Hilmənd əyalətindən olan qadın deputatın da olduğu bildirilib.

Şahidlərin sözlərinə görə isə, iki qat terror aktı nəticəsində 50-yə qədər insan ölmüş ola bilər.




Вернуться назад