Главная > Xəbərlər, Bilirsinizmi? > Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur


26-11-2018, 14:52. Разместил: admin1
Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur
Onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.

Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:

- ağız boşluğu xərçəngi
- qırtlaq xərçəngi
- qida borusu xərçəngi
- qaraciyər xərçəngi
- yoğun və nazik bağırsağın xərçəngi
- süd vəzi xərçəngi.

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.


Saglamolun.Az
Вернуться назад