Главная > Xəbərlər, Bilirsinizmi? > Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi

Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi


20-11-2021, 11:18. Разместил: admin1
Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi
Bu resept həm damarları təmizləyir, həm də sağlamlığın ümumi vəziyyətinə müsbət təsir edir.

İnqrediyentlər:

1 kiçik parça zəncəfil;

4 qabıqlı limon;

4 böyük diş sarımsaq;

2 litr su;

Hazırlanma qaydası:

Limon və zəncəfili doğrayıb blenderden keçirin. Sonra sarımsağı da digər komponentlərə əlavə edib blenderdən keçirin. Ərzaqları yaxşı qarışdırıb onları bir kasaya boşaldın.

Sonra kasanı və 2 litr suyu qazana əlavə edib od üzərinə qoyun. Qaynamağa qoymadan oddan götürün və soyumasını gözləyin. Sonra süzgəcdən keçirin. Ən yaxşısı şüşə butulkalarda soyuducuda saxlayın.

Tətbiqi:

Hər istifadədən əvvəl butulkanı yaxşı qarışdırın. Bu qarışığı ac qarına, ən azından yeməyə 2 saat qalmış içməyə çalışın.

Qarışığı 3 həftə ərzində içməyə davam edin. Sonra 1 həftə fasilə verin. Lazım gələrsə, siz müalicəni bir daha təkrarlaya bilərsiniz.

Qeyd: Sarımsaq qoxusundan dolayı narahat olmayın, çünki o, hazırlıq prosesində neytrallaşır.


Publika.az
Вернуться назад