Главная > Xəbərlər > Ayətullah Məkarim Şirazi İmam Zamanın (s.ə) zühuru haqqında danışdı

Ayətullah Məkarim Şirazi İmam Zamanın (s.ə) zühuru haqqında danışdı


20-05-2016, 10:19. Разместил: admin1
Ayətullah Məkarim Şirazi İmam Zamanın (s.ə) zühuru haqqında danışdı
İslamazeri.az-ın "Mehr"-ə istinadən verdiyi xəbərə əsasən, İmamın (ə) zühuru üçün duanın kafi olmadığını vurğulayan Ayətullah Şirazi deyib: "Duanın bu barədə çox təsiri vardır, lakin kifayət etmir. Biz saleh bəndələri yetişdirməliyik. Çünki onun inqilabının əsas amilləri məhz bu qrupdur. Onların xüsusiyyəti isə gecə oyanaraq Allahla razu-niyaz etmək, gündəlik həyatlarına proqramla hazırlaşmaq və möhkəm imana sahib olmaqdır. Saleh bəndələr daima yaxşılıqlara dəvət edər və pisliklərdən çəkindirərlər. Bunun isə 3 mərhələsi vardır; qəlbdə, dildə və əməldə. Bu missianı sevgi, ədəb və hörmət çərçivəsində görmək lazımdır. Saleh bəndələrin digər xüsusiyyəti, xeyirli işlərdə bir-biriləri ilə yarışmaqdır. Biz zühurun təxirə düşməməsi üçün planlar cızmalıyıq. Bəziləri cəmiyyətdə nə qədər fəsad artarsa İmamın bir oqədər tez zühur edəcəyini deyir. Lakin bu yalnışdır. Onun zühurunun yaxınlaşması saleh bəndələrin hazırlanmasına bağlıdır. Biz də öz növbəmizdə saleh bəndələrin sırasında olmağımızı Allahdan diləyirik."

Вернуться назад