Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Krımda İslam universiteti açıla bilər

Krımda İslam universiteti açıla bilər

Krımda İslam universiteti açıla bilər
Alimlər Krımda İslam universitetinin açılmasını istəyir
İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Rusiya Müftilər Şurası dövlətə müraciət edərək Krımda İslam universitetinin təsis edilməsini istəyib. Yeni açılacaq İslam universiteti yerli ruhanilərin hazırlanması və dini biliklərin inkişafı üçün nəzərdə tutulub.
Rusiya Müftilər Şurası bildirib ki, hal-hazırda Krımda müsəlman cavanlar dini təhsil almaq üçün xarici ölkələrə gedirlər və bu da ənənəvi məzhəbə uyğun gəlmir. Bu səbəbdən də Krımda İslam Unversitetinin açılması zəruridir.
Universitetin maliyyələşdirilməsinə toxunan RMŞ mətbuat xidməti vurğulayıb ki, bu məsələ təhsil müəssisəsinin açılmasına icazə verildikdən sonra müzakirə olunacaq.
Rusiya Müsəlmanları Birliyi gələcəkdə təhsil məqsədləri üçün Krım Müsəlmanları Ensiklopediyasının hazırlanmasını nəzərdə tutur.
Qeyd edək ki, Rusiya Müsəlmanları Ensiklopediyası mövcuddur
Müəllif: Admin | 27-05-2014, 19:50
Baxılıb: 332
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.