Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Ukraynada döyüşən 400 ABŞ əsgəri haqda təfərrüat

Ukraynada döyüşən 400 ABŞ əsgəri haqda təfərrüat

Ukraynada döyüşən 400 ABŞ əsgəri haqda təfərrüat
ABŞ təhlükəsizlik şirkəti “Blackwater”in davamı olan “Akademi”yə bağlı muzdlu əsgərlərin Ukraynanın şərqində rus separatçılarına qarşı döyüşməsi haqda iddia irəli sürülmüşdü. Bildirilirdi ki, “Akademi”yə bağlı 400 muzdlu əsgər partizan əməliyyatlarını idarə edir.
Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti mövzuyla bağlı məlumatı Alman xarici kəşfiyyat təşkilatı BND-dən əldə etdiyini bildirir.
“Axar” məlumat verir ki, xəbərdə Ukraynada təxminən 400 Amerikan muzdlu əsgərin rus aktivislərinə qarşı əməliyyata hazır olduğu bildirilir.
Qəzetdə qeyd olunur ki, muzdlu əsgərlər Əfqanıstan və İraqda tapşırıq yerinə yetirən “Blackwater” adlı təhlükəsizlik şirkətinin davamı olan “Akademi”yə bağlı dəstədir. Eyni zamanda yaxşı təhsilli və ağır silahlı əsgərlərin Luqansk şəhərində partizan əməliyyatlarını idarə edir.
Qəzet əldə etdiyi məlumatların Ukraynada xüsusi birliklər tərəfindən təşkil olunan əməliyyatları əks etdirdiyini irəli sürür. Eyni zamanda qəzet, BND-nin bu məlumatları 29 aprel tarixində Almaniya baş nazirliyinə hesabat verdiyini irəli sürür.
Müəllif: Admin | 13-05-2014, 02:26
Baxılıb: 300
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.