Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Çexiya müsəlmanları polisin məscidlərə hücum etməsinə qarşı aksiya keçiriblər

Çexiya müsəlmanları polisin məscidlərə hücum etməsinə qarşı aksiya keçiriblər

Çexiya müsəlmanları polisin məscidlərə hücum etməsinə qarşı aksiya keçiriblər
Çexiya Respublikasında yüzlərlə müsəlman bu ölkə polisinin iki həftə bundan qabaq məscidlərə hücum etməsinə etiraz olaraq, Praqa şəhərində Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib.
World Bulleten qəzetinin yazdığına görə, etirazçılar Daxili İşlər Nazirliyinin binası qarşısına toplaşaraq, polisin öz qeyri-münasib rəftarını izah etməsini istəyiblər.
Çexiya Respublikası İslami Cəmiyyətlər Birliyinin sədri- Mənib Əl-Ravi polisin rəftarını olduqca qeyri-münasib və tamamilə antisivil adlandırıb.
Çexiyanın polis qüvvələri aprelin iyirmi beşində günorta namazı qılınarkən məscidlərə basqın edərək, təqribən iyirmi müsəlmanı, o sıradan bir naşiri həbs ediblər.
Bu müsəlman naşir ola bilər on il həbsə məhkum edilsin. Zira o, İngiltərənin Yamayka əslli imam camaatı- Bilal Filipsin yazdığı "Tövhidin üsulları" kitabını nəşr edibdir.
Çexiyada təqribən 20 min müsəlman yaşayır və 2004-cü ildən İslam bu ölkədə rəsmi bir din kimi tanınır.
Müəllif: Admin | 4-05-2014, 18:58
Baxılıb: 359
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.