Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Məşhur hind aktrisası İslam dinini qəbul etdi

Məşhur hind aktrisası İslam dinini qəbul etdi

Məşhur hind aktrisası İslam dinini qəbul etdi
Hind aktrisası İslam dininə görə kinonu tərk etdi
Məşhur hind aktrisası Monika İslam dinini qəbul edib. Hicab bağlamağı seçdiyi üçün kino aləmini tərk etməyə qərar verib. AzadXeber.net-in xəbərinə görə bu barədə “Times of İndia” qəzeti məlumat yayıb.
“Mənim İslam dinini qəbul etməyim nə pula, nə də ki, hansısa bir şəxsi sevdiyimə görədir. Mən belə insan deyiləm. İslamın prinsipləri xoşuma gəldiyi üçün bu dini qəbul etmişəm. Bundan sonra filmlərə çəkilməyəcəyəm. Bu məni bir qədər məyus etsə də, qərarımı dəyişməyəcəyəm” deyə gənc akstrisa bildirib.
Hindistan mətbuatının xəbərinə görə Monika bu qərarını mətbuat konfransında elan edib. Aktrisa konfrans zamanı ilk dəfə olaraq ənənəvi müsəlman qadın geyimində və hicabında mətbuat qarşısına çıxıb. Monika İslamı qəbul etdikdən sonra, dinə uygun olaraq “Rəhimə” adını qəbul edib.
Qeyd edək ki, Hindistanda 180 milyona yaxın müsəlman yaşayır.
Müəllif: Admin | 3-06-2014, 14:48
Baxılıb: 694
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.