Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Jirinovski MDB ölkələrinə hücuma çağırdı

Jirinovski MDB ölkələrinə hücuma çağırdı

Jirinovski MDB ölkələrinə hücuma çağırdı
“Rusiya Dövlət Duması 1996-cı ildə Belovejsk sazişini ratifikasiya etməkdən imtina edib. Rusiya SSRİ sərhədlərini bərpa etmək üçün bütün huquqlara malikdir”.
Modern.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski tərəfdarlarının qarşısında çıxışı zamanı deyib.

Rusiya liberal-demokratlarının lideri bildirib ki, bu hüquqla Moskva Rusiya imperiyasının sərhədlərini də bərpa etmək səlahiyyəti əldə edib.
“Biz başqasına aid olan şeyi götürmürük. Biz rus xalqına öz milli sərhədlərində yaşamaq imkanı verməliyik”,-deyə V.Jirinovski vurğulayıb.
O, Rusiyanın əsas düşməninin Qərb olduğunu bildirib. “Əsas düşmənimiz Qərbdir. Brüssel, London, Vaşinqton... Onlar həmişə bizə qarşı inqilab və müharibə ediblər. Öz vtənimizi işğalçılardan azad etməliyik”,-deyə Jirinovski gurultulu çıxışını bitirib.
Xatırldaq ki, 15 may 1996-cı ildə Rusiya Dövlət Duması MDB-nin yaradılması barədə sazişi qeyri-qanuni elan edib və tanımayıb.
Müəllif: Admin | 5-05-2014, 10:45
Baxılıb: 336
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.