Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » "PUTININ BAŞINDA IMPERAILST DÜŞÜNCƏLƏR HAKIMDIR"

"PUTININ BAŞINDA IMPERAILST DÜŞÜNCƏLƏR HAKIMDIR"

"PUTININ BAŞINDA IMPERAILST DÜŞÜNCƏLƏR HAKIMDIR"
ABŞ-n keçmiş dövlət katibi Kondaliza Rays ABŞ-ın Stenford univeristetinin tələbələri önündə çıxış edib. O, keçmiş SSRİ ölkələrindəki son vəziyyətə toxunaraq Ukrayna-Rusiya münaqişəsindən bəhs edib.
Xarici KİV-n verdiyi xəbərə görə, Rays SSRİ-nin dağılmasını Putin üçün 20-ci əsrin ən böyük fəlakəti adlandırıb. Keçmiş dövlət katibi deyib ki, "KQB" zabiti olan Putinə SSRİ-nin dağılması çox pis təsir edib: "Qurum dağılanda 25 milyon rusiyalı müstəqil dövlətlərin tərkibində yaşamalı oldu. Onlar əvvəl sovet ölkələrində Rusiyanın himayəsi altında yaşayırdılar. İndi isə həmin insanlar Rusiyanın rəhbərliyi altında yaşamırlar".

Rays Putinin vaxtı ilə on dediyi çox maraqlı bir fikiri tələbələrin nəzrinə çatdırıb: “Putin Rusiyanın Pyotrun, Aleksndrın dövründə çox güclü imperiya olduğunu bilirdi. O, tez-tez imperiya haqda danışır, bunu Rusiyanın gücü kimi qələmə verirdi. İndi baş verən hadisələrdən sonra görünür ki, bu adamın başında imperialist düşüncələr hakimdir və o, qonşularını qorxu altında saxlamaqla Rusiyaya tabe etmək istəyir”.
Müəllif: Admin | 24-06-2014, 12:42
Baxılıb: 326
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.