Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » ABŞ SÜQUT EDIR

ABŞ SÜQUT EDIR

ABŞ SÜQUT EDIR
İslamınsesi.az-ın fondsk.ru-ya istinadən verdyi məqalədə, ABŞ-ın süqutu şərh edilir.
Bu ilin may ayında Rusiya, Qazaxstan və Belarus prezidentləri Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaranması haqda anlaşma imzaladı. Anlaşma Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS qrupu ilə yanaşı, dünya əhəmiyyəti daşıyır.
Son illərin hadisələri göstərdi ki, Sovet İttifaqı dağılandan sonra ABŞ-ın «yeganə dünya gücü» olduğu dövrlər artıq bitib.
İqtisadi müstəvidə bu gün ticarət dollarla aparılsa da, dünya əhalisinin bu pul vahidi ilə saxlanılan əmanətlərinin həcmi iki dəfə azalaraq 60 %-dən 30 %-ə enib.
ABŞ qoşunları dünyanın hər yerinə səpələnsə də, amerikalıların İraqdan çıxarılmasından sonra üsyanlar başladı. Eyni hadisəni bu ilin sonunda amerikalı əsgərlər Əfqanıstandan çıxarılandan sonra da gözləmək lazımdır.
Bu ölkələrin nümunəsi göstərdi ki, Ağ Evin bu dövlətlər vasitəsilə dünyaya öz hökmranlığını nümayiş etdirmək cəhdi tar-mar olub.
ABŞ-ın dollarına və ədalətli demokratik quruluşuna olan inam da artıq məhv olub. Bir sözlə ABŞ öz nüfuzunu itirib.
Amerika son 50 ildə baş qoşduğu heç bir münaqişədə uğur qazanmayıb. İŞİD-in «qəfil» hücumu və sürətlə İraqın ərazisini ələ keçirməsi ABŞ-ın strategiyasının tamamilə uğursuz olduğunu təsdiqləyir. Ukraynada da eyni şey təkrar olunacaq.
Dollara inamın azalması prosesi də artıq qaçılmaz olub. Belə ki, müxtəlif dövlətlər öz depozitlərini digər valyutalara çevirib və dövlətlərarası müdavilədə yavaş-yavaş dolardan imtina edirlər.
Bunu artıq ABŞ -ın müttəfiqləri Yaponiya və İngiltərə etməyə başlayıb. Yalnız ilin əvvəlindən bəri Rusiya ABŞ xəzinədarlığından 30 mlrd. dollar məbləğində xəzinə kağızları çıxarıb.
Artıq ABŞ Federal Ehtiyat Fondunun Sisteminin istədiyi qədər dollar xərcləyə bilmir. Bu, maliyyə bazarlarında panika yaradardı.
Bundan əlavə, Quantanamo və digər ABŞ həbsxanaları , ölkə haqda həqiqətləri dünyaya yayan vətəndaşların təqib olunması bu imperiyanın iç üzünü açdı.
Dünya bir də gördü ki, ABŞ-da demokratiya yoxdur. Özündə olmayan bir şeyi o, başqa ölkələrə necə verə bilər? Belə bir vəziyyətdə Aİİ, ŞƏT, BRİKS dünyanın iqtisadi-siyasi mərkəzlərinə çevrilir. 2015-ci il yanvarın 1-dən Aİİ fəaliyyətə başlayır.
BRİKS qrupu inkişaf etmiş ölkələri özündə cəmləyir, ŞƏT Mərkəzi və Şərqi Asiyada stabilliyi qoruyur.
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və Aİİ çərçivəsində əmkdaşlıq iqtisadi xarakter daşıyır.
ŞƏT isə daha geniş fəaliyyət formatını nəzərdə tutur. Çin-Rusiya qaz əməkdaşlığı bu təşkilatların gələcyini daha da möhkəmləndirib.
Müəllif: Admin | 21-06-2014, 13:59
Baxılıb: 435
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.