Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Amerikada gündə 150 fəhlə ölür

Amerikada gündə 150 fəhlə ölür

Amerikada gündə 150 fəhlə ölür
Amerika Fəhlə Federasiyası və Sənaye Təşkilatları Konqresi xəbər verib ki, qeyri-münasib iş şəraitinə görə, hər gün Amerikada yüz əlli fəhlə həlak olur.
Ahlibeyt.ge-nin Amerika Fəhlə Federasiyası və Sənaye Təşkilatları Konqresinin rəsmi saytına istinadlı məlumatına görə, 2012-ci ildə iş mühitində dəymiş zərərlər nəticəsində Amerikada 4628 fəhlə həlak olub. Bundan əlavə, təxmin olunur ki, əlli min nəfər əmək xəstəliklərinə tutulma nəticəsində dünyasını dəyişib. Bu, göstərir ki, proqnoz edilməyən və pis iş şəraiti nəticəsində hər gün 150 fəhlə həyatını itirir.
Amerika Səhiyyə İdarəçiliyi və əmək təhlükəsizliyi bölməsi və federal müfəttişlərin minimum bir dəfə bu ölkə daxilindəki iş yerlərini təftiş edə bilmələri təqribən 150 il uzun sürər. Şimali Dakotayda isə bu təftiş 521 il zaman tələb edir.
Amerika Fəhlə Federasiyası və Sənaye Təşkilatları Konqresinin sədri- Riçard Tramkanın dediyinə görə, gündəlik sərt əmək ölüm hökmü mənasında olmamalıdır, bu, insan vicdanına ziddir ki, hər bir fəhlə həyat ilə öz ailəsinin süfrəsinin başına çörək gətirməkdən birini seçməyə məcbur olsun. O, deyib: Konqres fəhlələri himayəsini və ya mühüm proqramların büdcəsini azaldarkən, iri şirkətlər kənara qoyularkən, həmçinin fəhlələrin sağlamlığı və təhlükəsizliyi təkid olunmadıqda amerikan röyasının əldə olunması üçün öz həyatını itirmiş fəhlələr təhqir olundular.
“İş zamanı ölüm: qəflətə qapılmanın nəticəsi” adı altında nəşr olunan bu hesabat Montana, Virciniyanın qərbi, Alyaska, Vayominq, Şimali Dakotaydakı iş mühitlərində ölümün ən yüksək göstəricisindən xəbər verir.
Bu məlumata əsasən, ən nigaranedici statistika Şimali Dakotay ilə bağlıdır. Bu ştatda xüsusən mədən, neft ixracatı və qaz sektorlarında işləyən fəhlələr üçün ölüm göstəricisinin yuxarı rəqəmi son dərəcə nigaranedicidir. Həmçinin Amerika Fəhlə Federasiyası və Sənaye Təşkilatları Konqresinin məlumatına görə, latın fəhlələr və mühacirlər orta milli göstəricidən 9 dəfə çox iş mühitində ölüm təhlükəsinə məruz qalırlar.




Müəllif: Admin | 11-05-2014, 11:03
Baxılıb: 347
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.