Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Venesuela qanuni hökumətin devrilməsi üzrə ABŞ-ın səylərinə etirazlar davam edir

Venesuela qanuni hökumətin devrilməsi üzrə ABŞ-ın səylərinə etirazlar davam edir

Venesuela qanuni hökumətin devrilməsi üzrə ABŞ-ın səylərinə etirazlar davam edir
Venesuelanın daxili işlər naziri bildirib: Vaşinqton Venesuelada öz daimi strategiyası istiqamətində bu ölkənin qanuni hökumətini devirməyə çalışır.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Veneseulanın daxili işlər, ədliyyə və sülh naziri Miquel Rodriqez Torres keçirdiyi mətbuat konfransında bu ölkədəki son toqquşmalar zamanı xarici vətəndaşların həbs olunmasına toxunaraq deyib: İndiyə qədər Venesueladakı etirazlar və toqquşmalar zamanı digər ölkələrin 58 vətəndaşı həbs olunub. Bu şəxslərin hamısının silahdan istifadədə rolu olub.
Venesuela daxili işlər naziri həmçinin Amerika Birləşmiş Ştatlarını Nikolas Maduro hökumətini devirməkdə suçlayıb və əlavə edib: Şübhəsiz Venesuela elə bir şəraitdə öz həyatını davam etdirir ki, qanuni hökumətin devrilməsi məqsədilə bir neçə məkrli planla üzləşib. Bu məkrli plan Amerika Dövlət Departamentinin daimi strateji məqsədinin bir hissəsidir.
Venesuelada polis və etirazçılar arasında toqquşma cümə axşamı günündən yenidən başlayıb. Bu ölkə fevral ayının ortalarından indiyə qədər insidentlərlə nəticələnən toqquşmaların şahidi olmuşdur.
Müəllif: Admin | 5-05-2014, 01:09
Baxılıb: 293
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.