İlham Əliyev və Kerri Qarabağı müzakirə etdi
Müəllif: Admin
Tarix: 31-03-2016, 10:40
Bölmə: Xəbərlər
İlham Əliyev və Kerri Qarabağı müzakirə etdi
Bu dəqiqələrdə prezident İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə görüşür.

"Qafqazinfo" xəbər verir ki, görüşün detalları ilə bağlı yaxın dəqiqələrdə geniş məlumat yayımlanacaq.

***

Anspress-in məlumatına görə, Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031