Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Dünyanın üçüncü ən böyük məscidi tikilir

Dünyanın üçüncü ən böyük məscidi tikilir

Dünyanın üçüncü ən böyük məscidi tikilir
Dünyanın üçüncü ən böyük məscidi Əlcəzairdə tikilir.

Maide.az xəbər verir ki, Almaniyanın “Die Welt” qəzeti Əlcəzairdə dünyanın üçüncü ən böyük və bu ölkədə ilk ən böyük məscidin tikintisi haqqında məlumat dərc edib.

Qəzet yazır ki, Əlcəzairin ən böyük məscidi layihəsi 374 min kvadrat metr ərazidə icra olunur. Məscidin minarələrinin hündürlüyü 265 metr olacaq və bu dünyada ən hündür minarədir. Məscidin hündürlüyü günbəzlə birlikdə 45 metr olacaq və məsciddə eyni vaxtda 35 min nəfər ibadətlə məşğul ola biləcək.

Məscidin tikinti layihəsinin hazırlanmasını və incrasını Almaniyalı mühəndis həyata keçirəcək.

Əlcəzairdə tikilməkdə olan məscid Məkkə və Mədinə məscidlərindən sonra üçüncü ənböyük məscid olacaq. Məscidin tikintisinə nə qədər vəsait xərclənəcəyi məlumatda açıqlanmayıb. /

Müəllif: Admin | 18-03-2016, 12:21
Baxılıb: 314
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.