Kaxa Kaladze: "Gürcüstanla "Qazprom" arasında razılıq əldə edilib"
Müəllif: Admin
Tarix: 5-03-2016, 21:24
Kaxa Kaladze: "Gürcüstanla "Qazprom" arasında razılıq əldə edilib"
Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gəlib.

APA-nın “Qruziya Onlayn” saytına istinadən məlumatına görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze bəyan edib.

Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq".
Oxşar xəbərlər