İŞİD-in İslam dini ilə heç bir bağlılığı yoxdur
Müəllif: Admin
Tarix: 30-01-2016, 10:25
Bölmə: Xəbərlər
İŞİD-in İslam dini ilə heç bir bağlılığı yoxdur
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Cəfər Sübhani 28 yanvar (cümə axşamı günü) "Təkfirçi cərəyanların bugünkü dünyadakı təhlükəsi; İslam Dünyası alimlərinin məsuliyyəti" beynəlxalq konfransında jurnalistlərin bir sıra sullarını da cavablandırıb. O belə konfransların təşkil edilməsini faydalı, təsirli və vacib sayıb.

“Bu konfrans İŞİD - in həqiqi simasının xalqa tanıtdırılmasına və onların kimliyinin izah edilməsinə səbəb olacadır”, - deyə ayətullah bildirib.

Alim əlavə edb: Bu olduqca lazımlı, yerində təşkil edilmiş və əlverişli bir toplantı idi. Bu yolla insanlar İŞİD - in hansı əqidələrə malik və nə olduğunu başa düşəcəklər
.
Ayətullah Cəfər Sübhani qeyd etdi ki, bu konfrans isbat etdi ki, İŞİD İslam dinini istəmir və onların İslam dini ilə heç bir bağlılığı yoxdur. “Onlar müsəlmanların bir parçası və İslam adına tanıdılmamalıdırlar”.

“İŞİD İslam və dinindən qəddar və çirkin bir sima ortaya qoymaq istəyir”, - deyə bildirən Ayətullah Cəfər Sübhani bunu səbəbini də açıqladı: Bu yolla İslam dininin nüfuzunu aşağı salıb, ondan mənfi obraz yaratmaq istəyirlər


Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930