ABŞ-da güclü qar nəticəsində 10 nəfər ölüb
Müəllif: Admin
Tarix: 23-01-2016, 10:24
Bölmə: Xəbərlər
ABŞ-da güclü qar nəticəsində 10 nəfər ölüb
ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qar çovğunu ölkənin şərq regionlarında tüğyan edir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Şimali və Cənubi Karolina, Kentukki və Qərbi Virciniya ştatlarında 70 minədək insan elektrik enerjisiz qalıb.

“Conas” adlı qar çovğunu bir neçə ştatın yollarında çoxsaylı yol qəzalarına səbəb olub. Yol-nəqliyyat hadisələri nəticəsində 10 nəfərin öldüyü bildirilir.

Pis hava şəraiti ilə əlaqədar Virciniya, Merilend, Pensilvaniya, Corciya, Kentukki ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.




Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031