Sanksiyaların qaldırılmasından sonra Səudiyyə İranla barışmaq istəyir
Müəllif: Admin
Tarix: 18-01-2016, 10:21
Bölmə: Xəbərlər
Sanksiyaların qaldırılmasından sonra Səudiyyə İranla barışmaq istəyir
İraqın xarici işlər naziri İbrahim Cəfəri bəyan edib ki, rəsmi Ər-Riyad Səudiyyə və İran arasında baş verən gərginliyin aradan qaldırılması üçün rəsmi Bağdadın vasitəçiliyinə razı olub.

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Cəfəri qeyd edib ki, səudiyyəli həmkarı Adil Cubeyr onunla telefon danışığı zamanı rəsmi Bağdadın bu gərginliyin aradan qaldırılmasında vasitəçilik etməsindən razı olduğunu bildirib.

"İran və Səudiyyə münasibətlərində diplomatik böhran başlanandan vəziyyətdən çıxış yolu üçün zəminlər yaranıb. Bu səbəbdən də kimsə bu zəminlərdən istifadə edərək, dialoqu bərpa etməlidir. Əl-Cubeyr bizim irəli sürdüyümüz təşəbbüsü qəbul etdi və bildirdi ki, İran bir addım atsa, onlar on addım atacaq. Bununla yanaşı mən İrana səfər edən zaman prezident Həsən Ruhani də qeyd etdi ki, ölkə hakimiyyəti bizi vasitəçilik təşəbbüsümüzü dəstəkləyir", - deyə Cəfəri qeyd edib.





Deyerler.org
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031