Nigeriya hökuməti Şeyx Zəkzaki ilə görüşə icazə verib
Müəllif: Admin
Tarix: 16-01-2016, 20:20
Bölmə: Xəbərlər
Nigeriya hökuməti Şeyx Zəkzaki ilə görüşə icazə verib
Nigeriya hərbiçilərinin ölkənin şimalında Zarya Əhli-Beyt (ə) davamçılarına hücum və qətliamından bir aydan çox keçir və uzun müddətdir ki, harada saxlanılmasından xəbər olmayan Əhli-Beyt (ə) tərəfdarlarının lideri Şeyx Zəkzakidən yeni xəbər var.
Maide.az xəbər verir ki, Nigeriya İslami Hərakatının və Nigeriya İslami işlər üzrə Ali Şurasının bir neçə üzvi həbsdə olan Şeyx Zəkzaki ilə görüşüb.
Görüş yanvarın 13-də yerli vaxtla saat 14-də Əbuca şəhərində bir evdə baş verib.
Nigeriya İslami işlər üzrə Ali Şurasının üzvlərindən professor Züheyr Yəhya Şeyx Zəkzaki və onun həyat yoldaşı Zinət İbrahimlə qısa müddətli görüşüb və danışıq aparıb.
Həm Şeyx Zəkzaki və həmdə onun həyat yoldaşının yaralandığı və müalicə alındığı bildirilir.
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.
Bir neçə gün öncə Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Son bir ay ərzində Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. /

Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031