Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Kaxa Kaladze: "SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək"

Kaxa Kaladze: "SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək"

Kaxa Kaladze: "SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək"
Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlar başa çatıb.

"APA-Economics"in xəbərinə görə, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək.

"Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır", - deyə K. Kaladze bildirib.

O qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

Qeyd edək ki, bu gün Tbilisidə baş tutan görüş KİV üçün qapalı şəraitdə keçirilib.

Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.

Xatırladaq ki, ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.


Müəllif: Admin | 14-01-2016, 09:22
Baxılıb: 251
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.