Rusiya Türkiyəyə kürdlərlə bağlı çağırış etdi
Müəllif: Admin
Tarix: 31-12-2015, 10:21
Bölmə: Xəbərlər
Rusiya Türkiyəyə kürdlərlə bağlı çağırış etdi
Rəsmi Moskva Türkiyənin cənub-şərqindəki olaylardan olduqca narahatdır. Türkiyə hökumətini baş verən olayları sadəcə siyasi yollarla həll etməyə çağırırıq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

“Türkiyə hökumətinin kürdlərin yaşadığı bölgələrdə apardığı hərbi əməliyyatları narahatlıqla izləyirik. Bu əməliyyatlarda bir çox mülki vətəndaşlar həlak olur. Onların aralarında qadın və uşaqlar da var. Bəzi küçələrdə hələ də komendant saatı tətbiq edilir. Əməliyyatların getdiyi ərazilərə siyasətçilərin və jurnalistlərin daxil olmasına icazə verilmir. Bəzi ərazilərdə ərzaq qıtlığı yaşanır. Fəlakətli vəziyyət hökm sürür. Bu olayları dayandırmaq üçün hökuməti lazımi addımlar atmağa çağırırıq”, - açıqmalada deyilib./axar/



nur-az.com
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930