Kanadada bir məscid qəsdən yandırılıb
Müəllif: Admin
Tarix: 16-11-2015, 19:10
Bölmə: Xəbərlər
Kanadada bir məscid qəsdən yandırılıb
Naməlum şəxs və ya şəxslər Kanadanın cənubundakı Peterborough şəhərində yerləşən bir məscidi qəsdən yandırıblar.
Maide.az xəbər verir ki, Kanada polisi bazar günü bildirib ki, Ontarionun mərkəzindəki Utunabi çayının yaxınlığında yerləşən və yeganə məscid olan “Məscid əl-Salam” yandırılıb və bununla bağlı araşdırmalar hələ də davam edir.
Bir qrup müsəlman şənbə günü məscidə toplaşıblar və yerli vaxtla saat 23 radələrində məscid yanğına məruz qalıb.
Polisin məlumatına görə, Hadisə nəticəsində xəsarət alan yoxdur, lakin məscid dəymiş ziyanın miqyasına görə istifadəyə yararlı deyil.
Polis hələlik hadisəni törədənlərin məqsədi barədə ip ucları tapmaq və əsas şübhəliləri müəyyən etməyə çalışır.
Bununla belə, bölgədə yaşayan müsəlmanlar hesab edirlər ki, bu hücumun səbəbi “İslama qarşı nifrət”dir. Peterborough şəhərinin meri Daryl Bennett yaydığı açıqlamada bu hadisəni pisləyərək, qeyd edib ki, “insanların ibadət etdiyi məkana hücum etmək, çox iyrənc aktdır”.
O, həmçinin bildirib ki, bu məscidin adı “Məscid əl-Salam”-dır və Sülh mənasını daşıyır.
Hal-hazırda məscidin təmir olunması üçün ianə toplamaqla məşğul olan Peterborough şəhərində yaşayan müsəlman İcmasının üzvlərinin sözlərin görə, binanın daxili ciddi xəsarət görüb və onun təmir xərcləri təxminən 80 min dollara qədərdir.
Qeyd edək ki, bu insident Parisdəki terror aktlarından yalnız bir gün sonra baş verib./
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031