Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Ərbəin ziyarətçiləri üçün İraq vizasının verilməsi asanlaşır

Ərbəin ziyarətçiləri üçün İraq vizasının verilməsi asanlaşır

Ərbəin ziyarətçiləri üçün İraq vizasının verilməsi asanlaşır
İraqın Xarici İşlər Nazirliyi 4 noyabr çərşənbə günü Ərbəin mərasimləri üçün ölkəyə gələn xarici zəvvarlara viza qiymətlərinin bahalaşmayacağını elan edib.
Maide.az xəbər verir ki, İraq Xarici İşlər Nazirinin aparatı bəyanat yayaraq bildirib: ölkənin XİN rəhbəri İbrahim Cəfəri Ərbəin mərasimlərində iştirak etmək istəyən insanlara viza verməklə əlaqədar qonşu İranın DİN və XİN birgə Komissiyasının iclasında iştirak edib və iclasda dünyanın müxtəlif ölkələrindəki İraq səfirliklərində viza verilməsi prosedurunu sadələşdirilməsi üçün Nazirliyin müvafiq normativ qaydalarına baxılmış və həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.
İraq rəsmiləri iclasda Ərbəin mərasimləri üçün ölkəyə gələn xarici zəvvarlara viza qiymətlərinin bahalaşmayacağını bir daha qeyd ediblər.
Qeyd edək ki, hər il Həzrət İmam Hüseyn (ə) Ərbəin mərasimləri ilə əlaqədar İraqın müxtəlif şəhərlərindən və dünyanın müxtəlif ölkələrindən, xüsusilə də Azərbaycan və İrandan milyonlarla insan Kərbəla şəhərinə üz tuturlar.
İran və İraq Ərbəin mərasimində zəvvarların rahatlığın təmin etmək üçün və işlərin kordinasiyalı şəkildə görülməsi məqsədi ilə xüsusi komitə yaradıb.
Müəllif: Admin | 5-11-2015, 14:54
Baxılıb: 251
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.