Muqtəda əs-Sədr misirli şiələrə səsləndi
Müəllif: Admin
Tarix: 4-11-2015, 19:51
Muqtəda əs-Sədr misirli şiələrə səsləndi
İslamazeri.az-ın “Sumarianews”-a istinadən verdiyi xəbərə görə, Müqtəda Sədrin misirlilərə ünvanladığı məktubda qeyd edilib: “Mən sizin daxili məsələlərinizlə yaxından maraqlanıram və ifratçı qrupların sizi təhlükə altına atdığını bilirəm. Həmin ifratçılar ki, onlar həm sizin, həm də bizim düşmənimizdir. İfratçılar sizi şiə ölkəsinə işləməkdə ittiham edirlər. Bəzən sizin fəaliyyətinizi dayandırmaq üçün hətta sizi azğınlıqda belə ittiham edirlər. İttiham oldunduğunuz bütün məsələlər yalan və böhtandır. Çünkü diqqətlə baxdıqda görmək olur ki, bu ölkənin şiələri heç kimin haqqına təcavüz və heç bir terrorda iştirak etməyiblər. Ölkədə baş verən təcavüzlər İslam və insaniyyət düşmənlərinin addımlarıdır. Bu ölkənin xalqı hələ də Əhli-beyti sevir. Bəziləri kimi gəldi təkfir edirlər. Sanki İslam ümmətinin işlərini yalnız özləri idarə edirlər. Bu səbəbdən şiələr lazım gələrsə bu qrupun hiylələrinin qarşısını almaq üçün bəzi dini məclislərini qeyd etməkdən boyun qaçırmalıdırlar. Şiələr bu qrupun qarşısını almaq üçün əhli-sünnə qardaşlarımızla, xristian və digər dinə mənsub olanlarla müzakirə etməlidirlər. Biz ifratçılıqla mübarizə aparmaq istiqamətində dövlətlə müzakirə etmək üçün heyət göndərməyə hazırıq. Biz ABŞ, İsrail və İngiltərə üçbucağı, İŞİD və digər teror qrupları ilə mübarizə aparmaq üçün həmkarlıq etməyə hazırıq.” - See more at: http://islamazeri.az/muqteda-es-sedr-misirli-sielere-seslendi--28404.html#sthash.x4kL33Jb.dpuf
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031