Ali lider Ayətullah Xameneinin gənclərə üç nəsihəti
Müəllif: Admin
Tarix: 31-10-2015, 10:04
Ali lider Ayətullah Xameneinin gənclərə üç nəsihəti
Təmiz qəlblərin qədrini bilin

Gənclik dövründə bu qəlbin saflığı nə qədər qiymətli və dəyərlidir ki, bir daha geri qayıtmaz. Bu saf və təmiz ürəyi bacardığınız qədər Allaha yaxın edin və onunla sıx birləşdirin. Buna nail olsanız, ömrünüzün sonunadək xoşbəxt həyat yaşayacaqsınız.

A) Birinci addım- günahı tərk etməkdir. Bizim günahdan çəkinməməyimiz, ölkəni idarə etməkdə, bir bölgəni idarə etməkdə, müharibə meydanında, bir maliyyə və iqtisadi imtahanda ilişib qaldıqda, bütün bu məsələlərdə öz təsirini göstərir. Ona görə də, bu bizim əsas sözümüzdür.

B) İkinci addım- vacib əməlləri yerinə yetirmək; və bütün vacib əməllərdən ən mühümü- namazdır. “و اعلم انّ كلّ شى‌ء من عملك تبع لصلاتك”- İnsanın bütün işləri qıldığı namaza bağlıdır.



Namazı vaxtında qılın, diqqətlə və qəlb hüzuru ilə qılın

A) Namazı necə qəlb hüzuru ilə qılmaq: Qəlb hüzuru - yəni biləsiniz ki, bir nəfərlə danışırsınız; bilin ki bir həmsöhbətiniz var və onunla danışırsınız. Əgər bu halı özünüzdə tətbiq edə bilsəniz, əgər öz daxilinzdə bu diqqəti yarada bilsəniz, bu həyatınız boyu sizə qalacaq.

B) Namazın növbəti xüsusiyyəti «تنهى عن الفحشاء و المنكر»(1)- dir: Əgər namazı qəlb hüzuru və diqqətlə qıla bilsəniz, onda bu o namazdır ki: «تنهى عن الفحشاء و المنكر».

2. «تنهى» - yəni sizi çəkindirir; mənası bu deyil ki, bir daha günah etməmək üçün sizin qarşınızda maneə yaradır; xeyir, yəni daima sizə deyir günah etmə. Yaxşı, gündə bir neçə dəfə insanın qəlbinin daxilindən ona desələr günah etmə, günah etmə, insan günah etməz. Bu namazdır.



Ramazan ayının orucu çox qiymətlidir

Aclıqla, susuzluqla, isti ilə və insanın üzləşdiyi çətinliklərlə mübarizə. Quranla ünsiyyət, Nəhcül-Bəlağə ilə ünsiyyət, Səhife- Səccadiyyə (əsər) ilə ünsiyyət, dua, nafilə, gecə namazı və ondan sonra edə biləcəyiniz bütün ibadətlər.

Vacib namazlardan sonra və qeyd etdiyim diqqət məsələsi, bacardığınız qədər müstəhəb əməllər, dua və başqa ibadət növləri ilə məşğul olun. İnşallah, Allah-Təala da yolları açar. maide.az /
Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930