Bəşər Əsəd: “Terrorçular ölkədən qaçırlar”
Müəllif: Admin
Tarix: 29-10-2015, 11:24
Bölmə: Xəbərlər
Bəşər Əsəd: “Terrorçular ölkədən qaçırlar”
Rusiya Dövlət Dumasının üzvü Dmitri Sablin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşün detalları barədə “İzvestiya” qəzetinə müsahibə verib.

Sablin görüş zamanı bir çox məsələlərə, o cümlədən Rusiyanın Suriyada hava əməliyyatlarına toxunduqlarını deyib.

“Əsəd bizimlə görüşdə Rusiya Hərbi Hava Qüvvələrinin əməliyyatları barədə danışdı. O, əməliyyatlar nəticəsində terrorçuların ölkəni tərk etdiyini, evlərindən didərgin düşənlərin isə geri qayıtdığını dedi”, - Sablin müsahibə zamanı bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının bir qrup üzvü ötən həftə Dəməşqdə səfərdə olub.


nur-az.com
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031