Ayətullah Xameneiyə açılış dəvəti!
Müəllif: Admin
Tarix: 5-09-2015, 11:34
Bölmə: Xəbərlər
Ayətullah Xameneiyə açılış dəvəti!

İslaminsesi.org-un verdiyi məlumata görə, Rusiya Müftilər Şurasının sədri Ravil Aynaddin İran İslam İnqilabı rəhbəri Ayətullah Seyid Əli Xameneini və İran örezidenti Həsən Ruhanini Moskvadakı Böyük Məscidin açılışına dəvət edib.


Moskvada açılacaq məscidin Rusiya müsəlmanları üçün siyasi və sosial mənada böyük əhəmiyyət daşıdığına diqqət çəkən Aynaddin "Moskvada açılacaq Böyük Məscid Rusiyada yaşayan bütün məzhəblərin birliyi və həmrəyliyi naminə müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir.Bu məscidin açılışının İslam dünyasında böyük bir əhəmiyyətə malik olduğuna inandığımızdan Ali Lider Ayətullah Xameneini və İran prezidenti Ruhanini də bu açılışda görmək istəyir və dəvətdə edirik"" deyə vurğulayıb.

Məscidin açılışında Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Rusiya əhalisinin 20 milyonunu müsəlmanlar təçkil edir. Onlardan 3 milyonu paytaxt Moskvada yaşayır.


Moskvadakı Böyük məscidin inşası 10 ildir davam edir. Məscid binası altı mərtəbədən ibarətdir. 10 min nəfərin namaz qılma imkanlarına sahib olan məscidin minarələrin uzunluğu 72 metr və günbəzinin hündürlüyü isə 46 metr təşkil edir.

Məscidin aşılışı Qurban bayramına təsadüf edəcək.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930