İraq ordusundan İŞİD-ə ağır zərbə: Ordu işğal olunmuş İraq ərazilərini terrorçulardan təmizləməyə davam edir
Müəllif: Admin
Tarix: 2-08-2015, 10:31
Bölmə: Xəbərlər
İraq ordusundan İŞİD-ə ağır zərbə: Ordu işğal olunmuş İraq ərazilərini terrorçulardan təmizləməyə davam edir

İraq ordusu ilə könüllü xalq qüvvələrinin birgə dəstəyilə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda terrorçular ağır zərərlərə məruz qalaraq, işğal etdikləri bəzi ərazilərdən qaçmağa başlayıblar.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, paytaxt Bağdadın şimalında yerləşən Samirra şəhərinin Təavun rayonunda İraqın könüllü xalq qüvvələri ilə təkfirçi-vəhhabi İŞİD yaraqlıları arasında gedən döyüşlərdə onlarla terrorçunun öldürüldüyü və xeyli sayda terrorçunun da silahlarını qoyaraq qaçdığı bildirilib.

İraqın təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində keçirdiyi əməliyyatlar çərçivəsində ƏL-Hələbsah rayonunu İŞİD terrorçularında azad etməyi bacarıb. İraq Ordusuna bağlı olan Vəəd Allah briqadası, Ər-Rəşid rayonuna istiqamətlənmədən əvvəl xeyli sayda İŞİD yaraqlılarını öldürüblər.

Könüllü xalq qüvvələri İŞİD-ə qarşı keçirdikləri əməliyyatlar çərçivəsində ölkənin qərbində yerləşən Ənbar əyalətinin qərbindəki Əl-Fəhimi rayonunu terrorçulardan təmizlədiklərini bildirirlər.

İraq ordusu ilə könüllü xalq qüvvələri Ənbar əyalətinin Əl-Soufiyah rayonuna qarşı üç tərəfdən etdikləri hücum əməliyyatında İŞİD-in nəzarətində olan geniş bir ərazini azad etməyi bacarıblar.

İraqın Alforat News saytının verdiyi xəbərə görə, İraq qüvvələrinin Ənbarın Bouvəizəh rayonunda İŞİD-in avtomobil karvanını hədəfə alması nəticəsində 23 terrorçu öldürülüb və terrorçulara məxsus dörd avtomobil də məhv edilib.
Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930