Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
Müəllif: Admin
Tarix: 11-06-2015, 20:27
Bölmə: Xəbərlər
Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstan baş naziri İrakli Qaribaşvilini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edilib və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031