İraqda İŞİD-lə mübarizədə 46 min döyüşçü həlak olub
Müəllif: Admin
Tarix: 10-06-2015, 12:19
Bölmə: Xəbərlər
İraqda İŞİD-lə mübarizədə 46 min döyüşçü həlak olub
Deyerler.org: İraqda təkfirçi-vəhhabi İŞİD terror təşkilatı ilə mübarizə nəticəsində qarşıdurmalarda 1 il ərzində təxminən 46 min insan həlak olub, 3 750 nəfər isə itkin düşüb.
Deyerler.org-un Shafaqna saytına istinadən verdiyi xəbərə görə, İraqdakı Partlayışların Qətliam Siyahısına Alınması Üçün Milli Xalq Kampaniyası Təşkilatı (HAŞD) İraq ordu birlikləri, İraq xalqının Əhli-Beyt (ə) ardıcılı könüllülərindən ibarət Əl-Haşduş-Şabi qüvvələri, Sahavat adlandırılan sünni tayfa qüvvələri və Peşmərgənin İŞİD terror təşkilatı ilə qarşıdurmalarda verdikləri itkilərin hesabatını açıqlayıb.
Təşkilatın verdiyi açıqlamaya əsasən 2014-cü ilin iyun ayından sonra İŞİD ilə döyüşlərdə İraq təhlükəsizlik qüvvələri və Haşduş-Şabi qüvvələri təxminən 40 min döyüşçüsü həlak olub, 3 min nəfərin isə itkin düşdüyü qeyd olunub.
Peşmərgə qüvvələri ilə DAİŞ arasındakı çıxan qarşıdurmalarda 3 min Peşmərgənin həlak olduğu, təxminən 250 peşmərgənin isə itkin düşdüyü bildirilib. Sahavat olaraq adlandırılan hökumət tərəfdarı sünni tayfa qüvvələri də 3 min döyüşçüsünü İŞİD ilə qarşıdurmalarda itirib. Sahavat qüvvələrindən təxminən 500 nəfər də qarşıdurmalar zamanı itkin düşdüyü qeyd olunub.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031