Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Nigeriyada məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb

Nigeriyada məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb

Nigeriyada məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb
Nigeriyanın Borno ştatının inzibati mərkəzi Mayduquridə məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, “Boko Haram” terror qruplaşması ilə əlaqəli olduğu ehtimal edilən terrorçu-kamikadze məscidə daxil olaraq üzərində olan partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, terror aktı Nigeriyanın yeni prezidenti Məhəmməd Buxarinin inauqurasiyasından bir gün sonra törədilib. Məhəmməd Buxari “Boko Haram” terror qruplaşması ilə mübarizə aparacağını vəd edib.
Müəllif: Admin | 31-05-2015, 13:01
Baxılıb: 278
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.