"Əl-Əzhər" Universitetinin şeyxi Ayətullah Məkarim Şiraziyə məktub yazdı
Müəllif: Admin
Tarix: 10-04-2015, 16:05
Bölmə: Xəbərlər
"Əl-Əzhər" Universitetinin şeyxi Ayətullah Məkarim Şiraziyə məktub yazdı

Şeyx Əhməd Tayyib Ayətullah Məkarim Şiraziyə məktub yazıb
İslamazeri.az-ın "Fars" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, "Əl-Əzhər" Universitetinin Şeyxi Əhməd Tayyib Ayətullah Məkarim Şiraziyə yazdığı məktubda tekfirçilərə qarşı əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Mövzu ilə əlaqədar açıqlama verən Ayətullah Məkarim Şirazi ötən il Qum şəhərində təkfirçi cərəyanlarla bağlı təşkil etdikləri konqresdən sonra "Əl-Əzhər"in də bənzər iclas keçirdiyini bildirib. Misir konqresində "Əl-Əzhər" şeyxi Əhməd Tayyibin çıxışını dinlədiyini bildirən Ayətullah Məkarim Şirazi onun təkfirçilərlə mübarizə məsələsində yaxşı çıxış etdiyini, bundan sonra ona bir məktub yazaraqtəkfirçilərəqarşı əməkdaşlıq təklif etdiyini qeyd edib. Ayətullah Məkarim Şirazi Şeyx Tayyibin məktuba cavab verdiyini və bu sahədə İranla tam əməkdaşlıq etməyə hazır olduqlarını bildirdiyini söyləyib.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031